Putin və Ərdoğan Bişkekdə bir araya gəlib
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə ikitərəfli görüşə başlayıblar.
Crossmedia.az bu barədə ˝TASS˝a istinadən xəbər verir.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilir.
Tərəflərin danışıqlarında Qara dənizdəki vəziyyət, Ukrayna məsələsi, həmçinin Rusiya-Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı mövzuların müzakirə ediləcəyi bildirilib.
18:06 01.09.2026
Oxunuş sayı: 57