Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan əməkdaşlığını gücləndirir
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirmək və institusionallaşdırmaq barədə razılığa gəliblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Razılaşma üç ölkənin xarici işlər və müdafiə nazirləri, eləcə də hərbi rəhbərliyinin İstanbulda keçirilən görüşündə əldə olunub.
Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanında daimi katiblik yaradılacaq və quruma baş katib rəhbərlik edəcək. İlk mərhələdə bu vəzifəni üç il müddətinə Pakistan nümayəndəsi tutacaq.
Üç ölkə həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək, birgə istehsalı artırmaq və yeni texnologiyalar hazırlamaqla müdafiə imkanlarını gücləndirmək niyyətindədir.
21:54 31.08.2026
Oxunuş sayı: 48