“Omsk-107” yük gəmisi hücuma məruz qalıb
Rusiyanın “Omsk-107” quru yük gəmisi Novorossiysk yaxınlığında hücuma məruz qalıb.
Crossmedia.az xəbər verir ki, “DHA” bu barədə məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində gəmi zədələnib və İstanbul yaxınlığında, Qara dəniz sahillərində saya oturub. Hadisədən sonra ekipaj üzvləri xilasetmə qayıqları ilə gəmini tərk edib. Daha sonra yük gəmisi axına düşərək sürüklənib və Türkiyənin Şile şəhəri sahillərinə çatıb.
Hadisə ilə əlaqədar sahil mühafizə qüvvələri əraziyə göndərilib.
22:16 30.08.2026
Oxunuş sayı: 51