Rusiya səfiri: Aİ və NATO ölkələrinin iqtisadiyyatı çökür
Rusiya Federasiyasının Brüsseldəki səfiri Aleksandr Qonçar Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin iqtisadiyyatının militarizasiya siyasəti səbəbindən tənəzzül etdiyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qonçarın sözlərinə görə, Avropanın hazırkı vəziyyətinə uzun illərdir davam edən “Avro-NATO təbliğatı” və “uydurma Rusiya təhlükəsi” ilə bağlı qorxutma siyasəti təsir göstərir.
Diplomat iddia edib ki, bu təbliğat nəticəsində bir çox avropalı real vəziyyəti dərk etməkdə çətinlik çəkir.
Qonçarın fikrincə, məhz hərbiləşdirmə tərəfdarları Avropanı çıxılmaz vəziyyətə sürükləyirlər.
Qeyd edək ki, Rusiya rəsmiləri son dövrlərdə Avropa ölkələrinin müdafiə xərclərini artırmasını və hərbi potensialını gücləndirməsini dəfələrlə tənqid ediblər.
17:47 30.08.2026
Oxunuş sayı: 51