Rusiya Kiyevə hücuma hazırlaşır - Ukraynadan xəbərdarlıq
Ukrayna kəşfiyyatı Rusiyanın Kiyev və Çerniqova qarşı yeni quru hücumlarına hazırlaşdığını müəyyən edib.
Crossmedia.az “Politico”ya istinadən xəbər verir.
Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Pavel Palisa jurnalistlərə açıqlamasında bildirib ki, Kremlin siyasi rəhbərliyi Rusiya hərbi komandanlığına Kiyev və Çerniqova qarşı mümkün hücumların planlaşdırılması və hazırlıq işlərinin aparılması barədə tapşırıq verib.
Onun sözlərinə görə, bu barədə məlumat Ukrayna kəşfiyyatı tərəfindən əldə edilib və yoxlanılıb.
Palisa qeyd edib ki, hazırda Rusiya qoşunlarının sözügedən hücumları həyata keçirmək üçün bölgələrdə cəmləşdiyini göstərən sübut yoxdur.
Ukrayna rəsmisi bildirib ki, Kiyevin əsas prioriteti Rusiyanın hər hansı hücum əməliyyatına başlaya bilməsi üçün lazımi şəraitin yaranmasının qarşısını almaqdır.
Xəbərdarlıq Moskvanın Ukrayna şəhərlərinə qarşı dron hücumlarını artırdığı bir vaxtda səslənib.
17:20 30.08.2026
Oxunuş sayı: 62