Çin və Rusiya nəhəng nəqliyyat layihəsi hazırlayır
Çin Rusiya ilə birlikdə Çini Arktika ilə birləşdirəcək yeni nəqliyyat marşrutunun yaradılması imkanını nəzərdən keçirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Təklif olunan marşrutun İrtış və Ob çayları boyunca keçməsi nəzərdə tutulur. Belə bir layihə Çin üçün zəngin təbii ehtiyatlara malik və strateji əhəmiyyət daşıyan Arktikaya daxili su yolları vasitəsilə çıxış imkanı yarada bilər.
Ekspert Çjao Lun bildirib ki, İrtış üzərindən keçən marşrut Rusiyanın Sibirdə yerləşən geniş ərazilərini də Çin bazarı ilə əlaqələndirə bilər.
14:35 30.08.2026
Oxunuş sayı: 59