iPhone Ultra-nın ekranı üçün şok qiymət
İlk qatlana bilən iPhone-un daxili ekranının dəyişdirilməsi təxminən 1 155 dollara, yəni 30 avqust məzənnəsi ilə 100 min rubla başa gələ bilər.
Crossmedia.az xəbər verir ki, “GizmoChina” bu barədə iCorrect şirkətinin təsisçisi Riki Panesara istinadən məlumat yayıb.
Apple hələ qatlana bilən smartfonun mövcudluğunu və onun təmir qiymətini rəsmi olaraq təsdiqləməyib. Şirkətin ilk qatlana bilən smartfonunun, mediada “iPhone Ultra” adlandırılan modelin, gələn ay təqdim edilə biləcəyi gözlənilir. Onun ilkin qiymətinin 2 000 dollardan, yəni təxminən 172 min rubldan yüksək olacağı ehtimal edilir. Panesarın hesablamalarına görə, yalnız daxili ekranın dəyişdirilməsi 1 155 dollara başa gələ bilər. Bu məbləğ “Samsung”un “Galaxy Z Fold 8” modelinin ekran təmiri üçün aldığı təxminən 772 dollardan xeyli yüksəkdir.
iCorrect şirkətinin təsisçisi hesab edir ki, təmirin yüksək qiymətinə “Samsung Display” ekranlarının və “Apple”ın öz konstruksiyasına malik menteşə mexanizminin birgə istifadəsi təsir göstərə bilər. Bununla belə, qeyd olunan məbləğ “Apple”ın rəsmi təmir qiyməti deyil.
13:58 30.08.2026
Oxunuş sayı: 53