Rusiya reaktiv PUA-ları Ukrayna müdafiəsini çətin vəziyyətdə qoyur
Ukraynanın pilotsuz uçuş aparatlarını (PUA) ələ keçirmək üçün istifadə etdiyi dronlar Rusiyanın reaktiv PUA-larını məhv etmək imkanına malik deyil.
Crossmedia.az xəbər verir ki, “Welt” telekanalının müxbiri Kristof Vanner reportajında bu barədə məlumat verib.
Müxbirin sözlərinə görə, Ukrayna hələlik dron-ələkeçiricilər üçün istifadə olunan texnologiyaların inkişaf tempinə uyğunlaşa bilmir və bu sahədə problemlər açıq şəkildə özünü göstərir. Vanner bildirib ki, Ukraynanın dron-ələkeçiriciləri Rusiyanın əvvəlki nəsil PUA-larına qarşı mübarizə aparmaq üçün hazırlanıb.
13:05 30.08.2026
Oxunuş sayı: 50