Rusiya Ukraynaya kütləvi zərbələrə hazırlaşır
Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirməyə hazırlaşmağa başlayıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hazırlıq Ukrayna qüvvələrinin Rusiyadakı mülki infrastruktura və yanacaq-energetika kompleksinin obyektlərinə davam edən hücumlarına cavab olaraq həyata keçirilir.
Nazirliyin açıqlamasında qeyd olunub ki, ötən gecə Rusiya hərbçiləri Ukrayna ordusunun maraqları üçün fəaliyyət göstərən hərbi sənaye müəssisələrinə bir sıra qrup zərbələri endirib. Rusiya Müdafiə Nazirliyi qarşıdakı zərbələrin miqyası və vaxtı ilə bağlı əlavə məlumat verməyib.
11:41 30.08.2026
Oxunuş sayı: 55