Rusiya Ukraynanın limanlarına ağır zərbələr endirib
Rusiya Silahlı Qüvvələri gün ərzində Ukraynanın hərbi sənaye müəssisələrinə və Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunan dəniz limanlarına zərbələri davam etdirib.
Crossmedia.az ˝TASS˝a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Kiyevdə uzaqdan idarə olunan qayıqların yığıldığı gəmiqayırma sənayesi müəssisəsi vurulub.
Həmçinin Nikolayev limanında dəniz yükləmə-boşaltma terminalının və hərbi təyinatlı əmlakın saxlandığı 4 anbarın məhv edildiyi bildirilib.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Nikolayev vilayətində limanın fəaliyyətini təmin edən elektrik yarımstansiyasının da vurulduğunu açıqlayıb.
21:30 29.08.2026
Oxunuş sayı: 50