Finlandiya İsraillə gizli hərbi saziş imzalayıb
Finlandiyanın İsraillə hərbi əməkdaşlıq barədə məxfi saziş imzaladığı bildirilir.
Crossmedia.az xəbər verir ki, ˝Yle˝-nin məlumatına görə, sənəd hərbi məhsulların tədqiqatı, hazırlanması və satın alınması sahələrində əməkdaşlığı nəzərdə tutur.
Sazişin qüvvədə olma müddəti 5 ildən 10 ilə qədər artırılıb.
Məlumata görə, ilkin protokol hələ 2013-cü ildə imzalanıb. Finlandiya isə 2024-cü ildə onun müddətinin uzadılmasını təklif edib.
20:18 29.08.2026
Oxunuş sayı: 63