Rusiya: Latviyanın Belarus sərhədindəki addımları populizmdir
Latviyanın Belarusla sərhəddə atdığı ziddiyyətli addımlar Rusiya Xarici İşlər Nazirliyinin mövqeyinə görə, düzgün hesablanmamış populizmdir.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Latviyanın, eləcə də digər Baltikyanı ölkələrin və Polşanın Belarus və Rusiyaya qarşı bu cür qərarlar qəbul etməsi yeni hal deyil. Onun sözlərinə görə, bu tədbirlər nəticədə onların təşəbbüskarlarına özləri üçün zərər vura bilər.
İyulun 31-də Latviyanın daxili işlər naziri Yanis Dombrova texniki səbəblərdən Latviya-Belarus sərhədinin bağlandığını açıqlayıb. Daha sonra “Paternieki” sərhəd-keçid məntəqəsinin fəaliyyəti bərpa edilib. Qaluzin Latviyanın son qərarlarını oktyabrda keçiriləcək parlament seçkiləri ilə də əlaqələndirib. O hesab edir ki, hakim qüvvələr seçki ərəfəsində apardıqları siyasətin iqtisadi nəticələrini nəzərə almağa məcburdurlar.
17:58 29.08.2026
Oxunuş sayı: 54