Ukrayna: Rusiya üç vilayətdə bufer zona yaratmağı planlaşdırır
Rusiyanın Ukraynanın Xarkov, Sumı və Çerniqov vilayətlərində bufer zona yaratmaq planlarından imtina etmədiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “İnterfaks-Ukrayna” bu barədə məlumat yayıb.
Ukrayna Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa bildirib ki, Rusiyanın Xarkov və Sumı vilayətlərində, Çerniqov vilayətində isə qismən bufer zona yaratmaq planları qüvvədə qalır.Onun sözlərinə görə, söhbət ərazinin 20 kilometrədək dərinliyində bufer zonanın yaradılmasından və sonradan onun genişləndirilməsinin mümkünlüyündən gedir.
Palisa bufer zonanın genişləndirilməsi ehtimalını döyüş bölgəsində istifadə olunan pilotsuz uçuş aparatlarının taktiki-texniki göstəricilərinin dəyişməsi və uçuş məsafəsinin artması ilə əlaqələndirib.
17:53 29.08.2026
Oxunuş sayı: 56