Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb
Ukraynanın Ankaradakı səfiri Qara dənizdə Türkiyəyə məxsus gəmilərə hücumlarla əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı diplomata hücumlarla bağlı Türkiyənin mövqeyi çatdırılıb. Həmçinin insanların və əmlakın təhlükəsizliyinin, gəmiçiliyin və Qara dənizdə ətraf mühitin qorunmasının təmin edilməsi zərurəti ilə bağlı müvafiq xəbərdarlıqlar edilib.
17:52 29.08.2026
Oxunuş sayı: 49