Kazanda Tu-144 muzeyi açılıb
Kazanda Tu-144 sərnişin təyyarəsinə həsr olunmuş interaktiv muzeyin açılışı olub.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Muzey Kazan Milli Tədqiqat Texniki Universitetinin ərazisində yerləşir. Açılış mərasimində Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov, Rusiya Elm və Ali Təhsil nazirinin müavini Ayrat Qatiyatov və “Tupolev” ASC-nin idarəedici direktoru Yuri Abrasimov iştirak ediblər. Minnixanov bildirib ki, Tu-144 əsasında interaktiv muzeyin yaradılması uzun müddətdir planlaşdırılırdı. Onun sözlərinə görə, ekspozisiyada təyyarənin yaradılmasının bütün mərhələləri əks olunub.
Muzeydə Tu-144 təyyarəsinin nümunəsi ilə yanaşı, təyyarənin müxtəlif aqreqatlarının quruluşu və iş prinsipini nümayiş etdirən interaktiv stendlər də təqdim olunur. Ekspozisiyada həmçinin Rusiya aviasiyası və kosmonavtikasının tarixinə, o cümlədən pilotsuz uçuş aparatlarına dair materiallar yer alır.
17:49 29.08.2026
Oxunuş sayı: 57