Lukaşenko: Rusiya ilə həll ediləcək məsələ qalmayıb
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə Belarus arasında dövlət başçıları səviyyəsində həll edilməli məsələlərin, demək olar ki, olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı iki ölkənin hökumətlərinin mövcud məsələlərin həlli istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd edib. Belarus lideri bildirib ki, bir gün əvvəl Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşərək mövcud problemləri və məsələləri sistemli və hərtərəfli şəkildə müzakirə edib.
Onun sözlərinə görə, müzakirənin təşəbbüskarı Mişustin olub. Baş nazir mövcud problemlərin və məsələlərin siyahısını təqdim edərək onları birlikdə təhlil edib. Lukaşenko görüşün səmərəli keçdiyini və məsələlərin əvvəlcədən müzakirə olunmasının dövlət başçıları arasında danışıqların daha rahat keçməsinə imkan verəcəyini vurğulayıb.
17:37 29.08.2026
Oxunuş sayı: 61