Putin: Qatil balinalar qütb ayılarını ovlayır
Rusiya Prezidenti Vladimir Putin qatil balinaların qütb ayılarına hücum etməsini nümunə göstərərək uşaqlara təbiətdəki qida zəncirindən danışmağın vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Putin bu fikirləri Bilik Günü ərəfəsində müəllim və tələbələrlə görüş zamanı səsləndirib. Söhbət zamanı müəllimlərdən biri Şimal qütbünə səfər etdiyini və orada iki qütb ayısı gördüyünü deyib.
Buna cavab olaraq Putin həmin ərazidə qatil balinaların da yaşadığını qeyd edib. Rusiya liderinin sözlərinə görə, onlar ayılara sürü halında hücum edir və onları parçalayırlar.
Putin bu hadisəni “qida zənciri” kimi xarakterizə edib və belə nümunələrin uşaqlara izah edilməsinin vacib olduğunu vurğulayıb.
O bildirib ki, bu, uşaqlara insanların hansı dünyada yaşadığını və Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibəni niyə həyata keçirdiyini anlamağa kömək edəcək.
17:10 29.08.2026
Oxunuş sayı: 59