Rusiyada səfərbərlik şayiələri təkzib edildi
Rusiyanın Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev səfərbərlik şayiələrinə görə ölkəni tərk edən şəxslərin Rusiyaya lazım olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Viktor Sobolev bu barədə açıqlama verib.
Deputat yeni səfərbərlik dalğasının keçiriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, hərbi komissarlıqlar müqavilə əsasında hərbçilərin cəlb olunması üzrə qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlirlər.
16:32 29.08.2026
Oxunuş sayı: 56