Dörd ölkə dondurulmuş Rusiya aktivləri ilə bağlı Aİ-yə çağırış etdi
İsveç, Niderland, Polşa və İspaniya Avropa Komissiyasını dondurulmuş Rusiya aktivlərindən Ukraynaya dəstək məqsədilə istifadənin yeni yollarını nəzərdən keçirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard, Polşanın xarici işlər naziri Radoslav Sikorski, Niderlandın xarici işlər naziri Tom Berendsen və İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Bueno Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa, həmçinin Aİ Şurasına sədrlik edən İrlandiyanın xarici işlər naziri Helen MakEntiyə birgə məktub göndəriblər.
Nazirlər məktubda dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək üçün istifadəsi ilə bağlı əlavə variantların nəzərdən keçirilməsinin vacibliyini vurğulayıblar.
15:11 29.08.2026
Oxunuş sayı: 54