ABŞ Türkiyənin gücünü bir daha etiraf edib
ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Türkiyənin NATO üçün mühüm müttəfiq olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Uitakerin sözlərinə görə, Türkiyə ABŞ-dan sonra NATO-da ikinci ən böyük orduya malikdir və Alyansın cənub-şərqində strateji əhəmiyyətli bölgəni qoruyur.
Diplomat Türkiyənin müdafiə sənayesinin də yüksək inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, Ankara NATO müttəfiqləri üçün gəmilər, sursat və digər zəruri hərbi vasitələr istehsal etmək imkanına malikdir.
“Türkiyə əla müttəfiq və yaxşı dostdur. Onlar NATO-da çox səylə çalışırlar”, – Uitaker deyib.
O, həmçinin ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış şəxsi münasibətlərin iki ölkə arasındakı əlaqələr baxımından mühüm rol oynadığını vurğulayıb.
18:48 28.08.2026
Oxunuş sayı: 43