Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib
Elm və təhsil naziri Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib.
Bu barədə Crossmedia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
17:56 28.08.2026
Oxunuş sayı: 39