Fələstin XİN rəhbəri bir sıra ölkələrlə Qəzza danışıqları aparıb
Fələstinin xarici işlər naziri Varsen Ağabekyan Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Seneqal, İndoneziya və Somali nümayəndələri ilə görüşərək Qəzza və Fələstin ərazilərindəki vəziyyəti müzakirə edib.
Crossmedia.az xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Ağabekyan görüşləri Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin fövqəladə iclası çərçivəsində keçirib.
Tərəflər İsrailin hücumları, blokadası və işğalı fonunda Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdəki vəziyyəti müzakirə ediblər. Həmçinin fələstinlilərə siyasi və diplomatik dəstəyin gücləndirilməsi yolları nəzərdən keçirilibFələstin XİN rəhbəri Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Valid əl-Hureyci ilə ayrıca görüşdə də Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsdəki vəziyyət barədə fikir mübadiləsi aparıb.
Görüşdə Fələstin xalqının müqavimətinin və dayanıqlığının dəstəklənməsi istiqamətində səylər də müzakirə olunub.
14:44 28.08.2026
Oxunuş sayı: 43