İran Hörmüz boğazının açılması üçün şərtlər hazırlayacaq
İran Hörmüz boğazında gəmi hərəkətinin bərpası üçün şərtlər siyahısı hazırlamağa razılaşıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Bu qərar Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Taninin Tehrandan dənizçilik azadlığına hörmət etməyi tələb etməsindən sonra qəbul olunub.
Al Tani İrana səfəri zamanı yüksəkvəzifəli iranlı rəsmilərlə görüşündə Hörmüz boğazında beynəlxalq hüquqa uyğun olaraq sərbəst gəmiçiliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ölkə müttəfiqlərinin bu çağırışını nəzərə alaraq bir sıra şərtlər hazırlayacaq.
“Reuters” qeyd edir ki, İranın əvvəlki tələbləri arasında ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın dayandırılması, kompensasiya ödənilməsi və sanksiyaların ləğvi olub. Hazırda Tehranın bu tələbləri ABŞ üçün qəbul edilə biləcək formada dəyişdirib-dəyişdirməyəcəyi məlum deyil.
Bundan əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi Həsən Qaşqavi bildirib ki, ABŞ İslamabad memorandumunda nəzərdə tutulan atəşkəs şərtlərini yerinə yetirməyənədək Hörmüz boğazı açılmayacaq.
11:02 28.08.2026
Oxunuş sayı: 56