Ağ Ev: İranda inflyasiya 100 faizi keçib
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, İran hakimiyyəti artıq ağır vəziyyətdədir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Tehrana təzyiqi artırmaq üçün bütün iqtisadi rıçaqlardan istifadə edəcək.
Livittin iddiasına görə, İranda inflyasiya 100 faizi ötüb. O həmçinin bildirib ki, İran hakimiyyəti polis və hərbçilərə ödənişlər etməkdə çətinlik çəkir.
19:43 27.08.2026
Oxunuş sayı: 41