Dalğalara qapılan iki qardaşın ACI SONU – hər ikisinin cəsədi tapıldı
Rize vilayətinin Çayeli rayonunda dənizə girdikləri zaman dalğalara qapılaraq itkin düşən iki qardaşdan Arif Kərəm Önderin də cəsədi tapılıb.
Crossmedia.az xəbər verir ki, “Haberler” bu barədə məlumat yayıb.
Üç gün ərzində 113 əməkdaşın iştirakı ilə davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində Arif Kərəm Önderin cəsədi Rize-Artvin Hava Limanından təxminən 3 mil aralıda aşkarlanıb.
Meyit ekspertiza üçün Kaçkar Dövlət Xəstəxanasının morquna aparılıb.
Qeyd edək ki, hadisə zamanı iki qardaş – Ahmet Ərtuğrul Önder və Arif Kərəm Önder dənizdə dalğalara qapılaraq itkin düşmüşdü. Ahmet Ərtuğrul Önderin cəsədi daha əvvəl tapılmışdı.
15:36 27.08.2026
Oxunuş sayı: 57