ABŞ İrana yeni təklif göndərdi: sanksiyalarla bağlı mühüm detal
Pakistan ABŞ və İrana birbaşa danışıqların bərpası üçün yeni 60 günlük müddət təklif edib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi Pakistan hökumətindəki mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ birbaşa danışıqların bərpası ilə Hörmüz boğazının yenidən açılmasının eyni vaxtda baş verməsini istəyir.
İran isə boğazın açılmasından əvvəl İsrailin Livanın cənubunda atəşkəsi pozmasına son qoyulmasını tələb edir.
Pakistan həmçinin ABŞ-nin Tehrana təqdim etdiyi yeni təklifi çatdırıb. Təklifə əsasən, Hörmüz boğazının açılması müqabilində İrana qarşı iqtisadi sanksiyaların “əhəmiyyətli hissəsinin” ləğvi nəzərdə tutulur.
17:46 26.08.2026
Oxunuş sayı: 39