ABŞ və Bəhreyn İrana qarşı yeni iqtisadi təzyiq tədbirlərini müzakirə edib
ABŞ Maliyyə naziri Skot Bessent və Bəhreynli həmkarı Şeyx Salman bin Xəlifə Əl-Xəlifə İrana qarşı yeni iqtisadi təzyiq tədbirlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi “X” hesabında məlumat yayıb.
Bessent bildirib ki, danışıqlarda İranın iqtisadi təcridinə yönəlmiş tədbirlər müzakirə olunub. O, Tehranın Hörmüz boğazından istifadə etməklə qlobal iqtisadiyyata təzyiq göstərməsinə imkan verilməməsinin vacibliyini vurğulayıb.
ABŞ rəsmisinin sözlərinə görə, İran iqtisadiyyatının əsas sektorlarına maliyyə təzyiqi davam etdirilməli, Tehranla iqtisadi əlaqələrini qoruyan tərəflərə qarşı isə sanksiyalar tətbiq olunmalıdır.
Tərəflər qanunsuz maliyyə axınlarına qarşı mübarizə sahəsində Körfəz Əməkdaşlıq Şurası ilə birgə fəaliyyətin davam etdirilməsi barədə də razılığa gəliblər.
17:10 26.08.2026
Oxunuş sayı: 48