Sarkisyana ölkədən çıxış qadağan edildi
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı ölkədən çıxmamaq barədə iltizam tədbiri seçilib.
Crossmedia.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu barədə məlumat yayıb. Məlumata görə, qərar sabiq prezidentin də adı keçən cinayət işi çərçivəsində qəbul edilib. İş üzrə Ermənistanın ikinci prezidenti Robert Koçaryan və onun oğlu Sedrak Koçaryanın da adı hallanır.
Cinayət işi üzrə artıq üç nəfər həbs edilib, daha bir şübhəli şəxs barəsində ev dustaqlığı tədbiri seçilib. Ev dustaqlığına göndərilən şəxslər arasında hökumət bağlarının keçmiş təsərrüfat müdiri də var. Serj Sarkisyana tətbiq edilən ölkədən çıxmamaq barədə iltizam onun cinayət işi üzrə istintaq və məhkəmə prosesindən yayınmasının qarşısını almaq məqsədi daşıyır.
14:55 26.08.2026
Oxunuş sayı: 47