Ermənistan səfərbərlikdən qaçan rusiyalıları qəbul etməyə hazırdır
Ermənistan səfərbərlikdən yayınmaq üçün ölkədən çıxan Rusiya vətəndaşlarının ölkəyə girişinə mane olmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tasnim News” Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Dojd” telekanalına açıqlamasına istinadən məlumat yayıb.
Qriqoryan bildirib ki, Ermənistan rusiyalıların ölkəyə girişinə mane olmayacaq və zərurət yaranarsa, onlara kömək göstərəcək.
Onun sözlərinə görə, sərhəddə Rusiyadan gələn şəxslərdən ölkəyə səfər məqsədləri barədə soruşulması nəzərdə tutulmur.
“Rusiyalı insana deyə biləcəyim yalnız bir şey var: Ermənistana xoş gəlmisiniz”, - deyə o bildirib.
12:26 26.08.2026
Oxunuş sayı: 50