Rubio: ABŞ hazırda İrana yeni zərbələr endirməyi planlaşdırmır
ABŞ dövlət katibi Marko Rubio müttəfiq ölkələrin rəsmilərinə Vaşinqtonun hazırda İrana yeni hərbi zərbələr endirməyi planlaşdırmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, Rubio telefon danışıqları zamanı ABŞ-nin strategiyasında hərbi zərbələrdən iqtisadi təzyiqə keçidin nəzərdən keçirildiyini bildirib.
ABŞ administrasiyasının əsas diqqətini yeni sanksiyalara və Tehrana qarşı digər təzyiq vasitələrinə yönəltməyi planlaşdırdığı qeyd olunur.
Bununla yanaşı, Rubio Vaşinqtonun İrana qarşı gələcək addımlarla bağlı bütün variantları tamamilə istisna etmədiyini bildirib.
11:51 26.08.2026
Oxunuş sayı: 45