Qırğızıstanda “Avro-5” standartlı yanacaq istehsalına başlanacaq
Qırğızıstanda modernləşdirilən “Cunda” neft emalı zavodunda “Avro-5” standartına uyğun yanacaq istehsalı planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Qırğızıstanın Prezidenti yanında Milli İnvestisiyalar Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qurumun rəhbəri Ravşanbek Sabirov zavodun modernləşdirilməsi layihəsi üzrə əlavə saziş imzalayıb. Sənəd layihənin növbəti mərhələsinə başlamağa imkan verir.
Modernləşdirmə nəticəsində neft məhsullarının istehsal həcminin və keyfiyyətinin artırılması nəzərdə tutulur. Layihənin ölkənin daxili bazarının yanacaqla təminatını yaxşılaşdıracağı və yanacaq-energetika sektorunun dayanıqlığını artıracağı bildirilir.
10:57 26.08.2026
Oxunuş sayı: 50