Benzin satışına limit qoyulacaq
Həştərxan vilayətində Aİ-92 və Aİ-95 markalı benzinin bir nəfərə satış həcmi 30 litrlə məhdudlaşdırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Babuşkin bildirib.
Onun sözlərinə görə, bu addım yanacaqdoldurma məntəqələrinin iş müddətini artırmağa və gün ərzində daha çox nəqliyyat vasitəsinin yanacaqla təmin olunmasına imkan verəcək.
23:55 25.08.2026
Oxunuş sayı: 46