Siyavuş Əşrəf oğlu Kərimiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənəddə qeyd edilib ki, S.Kərimiyə Prezident təqaüdü onun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təyin edilir.
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda anadan olub.
O, 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 31 dekabr 2020-ci ildə isə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.