Azərbaycan "Atəşgah" məbədini UNESCO-nun Dünya İrsi Siyahısına daxil etmək üçün sənədləri tərtib edir.
Crossmedia.az xəbər verir ki, Dövlət Turizm Agentliyi bu namizədlik üçün sənədlərin hazırlanmasına start verib.
Xatırladaq ki, "Atəşgah" məbədi artıq UNESCO-nun müvəqqəti siyahısındadır. Hazırda UNESCO-nun Dünya İrsi Siyahısında Azərbaycanın beş, müvəqqəti siyahısında isə on abidəsi mövcuddur.
Emil Bağızadə