Vaşinqtonun bu məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-a təhvil verilməyən “F-35” qırıcılarının qəbulu üçün yenidən sorğu göndərib.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
“ABŞ-də 6 ədəd “F-35” təyyarəmiz var. İndi bizim “KAAN” (Türkiyənin beşinci nəsil döyüş təyaarəsi – Qeyd) istehsal etdiyimizi gördülər və münasibətləri dəyişib. Təyyarələri təhvil verə biləcəklərini deyirlər. Biz onlara “F-35” almaq təklifini yenidən göndərdik”, - deyə o qeyd edib.