Dünya xəbərləri

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından Kamala Harrisin qalib gələcəyi təqdirdə Birləşmiş Ştatların Böyük Depressiyaya bənzər iqtisadi böhranla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolina ştatının Qastoniya şəhərində tərəfdarları qarşısında danışan Tramp, deyib: "Demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gələrsə, Birləşmiş Ştatlar 1929-1939-cu illərdəki Böyük Depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhrana düşəcək”.

Seçki vədləri kontekstində o əlavə edib ki, qalib gəlsə, amerikalılar daha yaxşı iş yerləri və daha yüksək maaşlara arxalana biləcəklər. 

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il