Dünya xəbərləri

Milli Mitinq partiyasının parlament fraksiyasının lideri Marin Le Pen baş nazir Mişel Barnier ilə uğursuz danışıqlardan sonra koalisiya hökumətinə dəstəyin mümkün geri çəkiləcəyi barədə xəbərdarlıq edib.

Crossmedia.az məlumat verir ki, o, bu barədə BFMTV kanalının efirində Barnier ilə görüşdən sonra bildirib.

Le Pen qeyd edib ki, baş nazirlə aparılan danışıqlar onun büdcənin azaldılmasına yenidən baxılması tələblərini təmin etməyib. O vurğulayıb ki, kompromis əldə etmək şansları minimal olaraq qalır.

Hökumət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan 2025-ci il büdcə layihəsi hakim koalisiya ilə müxalifət arasında qızğın müzakirələrə səbəb olub. Le Pen təhdidinə əməl etsə, hökumət etimadsızlıq səsverməsi ilə üzləşəcək.

O, izah etdi ki, partiyası hökumətin elektrik enerjisi vergilərində planlaşdırdığı artımın layihədən çıxarılmasını tələb edir. Le Pen, həmçinin Nazirlər Kabinetinin rəhbərini bunun üçün Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edərək, parlamentdən yan keçərək büdcənin qəbulu cəhdlərinə qarşı xəbərdarlıq edib.

Fransa konstitusiyasının 49.3-cü maddəsi hakimiyyət orqanlarına qanunları səsvermə olmadan qəbul etməyə icazə verir. Lakin bu normadan istifadə olunarsa, Milli Məclisin 24 saat ərzində hökumətə etimadsızlıq votumu elan etmək hüququ var. 

Vüsalə Əzimzadə  

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il