AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən ərazisində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təbiətə qayğı və yaşıllıqların artırılması, abadlıq- təmizlik sahəsində ardıcıl tədbirlər görülür.
Crossmedia.az xəbər verir ki, bu istiqamətdə cari “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MEK könüllülərinin "MEK-ə yaşıl töhfəsi" adlı növbəti təqdirəlayiq aksiya keçirilib.
Öncə Kitabxana ərazisində budanma təmizlik işləri aparılıb, ərazidə mövsümi güllərin əkini həyata keçirilib. Kitabxana daxilində də münbit iş şəraitini qorumaq məqsədilə yeni dibçək gülləri əkilərək şöbələrə yerləşdirilib.
MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov da yaşıllaşdırma layihəsinə qatılıb. Direktor könüllülərin nəinki kitabxana işi sahəsində, Mərkəzi Elmi Kitabxananın həyata keçirdiyi ekoloji tarazlığın bərpası, yaşıllıqların və ətraf mühitin qorunması kimi sosial yönümlü və digər kreativ layihələrdə iştiraklarını müsbət dəyərləndirib.