Qazaxıstanın şərqində yerləşən Jetısu bölgəsində yerli vaxtla saat 23:42-də 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Çinlə sərhəddə yerləşən Jarkent şəhərindən 40 km aralıda, ocağı isə 8 km dərinlikdə yerləşib
Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur.