Şimali Koreya Rusiyaya əlavə ballistik raketlər ötürməyə hazırlaşır.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Robert Vud Təhlükəsizlik Şurasının iclasında deyib.
Onun sözlərinə görə, KXDR əvvəllər döyüş sursatı və müvafiq materialların olduğu 18 mindən çox konteyner, həmçinin 100-dən çox ballistik raket ötürüb.
“Onların hamısı Kiyev və Zaporojyeyə hücum üçün istifadə edilib”, - diplomat əlavə edib.
Vud bildirib ki, Amerika tərəfinin münaqişəyə çoxlu sayda 170 mm çaplı özüyeriyən silahların, eləcə də Şimali Koreya istehsalı olan 240 mm MLRS-nin daxil olması barədə məlumat var.
Onun sözlərinə görə, bunun müqabilində Rusiya Pxenyana hava hücumundan müdafiə sistemləri, o cümlədən yanacaq, texnologiya və ikili təyinatlı avadanlıqlar verib.