İqtisadiyyat

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində beş ədəd çoxmənzilli yaşayış binası tikəcək.

Crossmedia.az dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir ki, bununla bağlı agentlik hazırlıqlara başlayıb.

Belə ki, binaların 2,31 ha torpaq sahəsində tikilməsi planlaşdırılır. Bununla yanaşı, ərazidə mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.

MİDA sözügedən işlərin icrasının 30.087.079,22 AZN-ə (30 milyon 87 min 79 manat 22 qəpik) başa gələcəyini proqnozlaşdırıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il