Sağlamlıq

Son zamanlar "YouTube" və digər sosial şəbəkə platformalarında ən çox ASMR videoları izlənilir. ASMR (Autonomous Sensory Meridian Response) videoları ümumiyyətlə bir insanın kamera qarşısında pıçıltı ilə danışdığı, yavaş əl və bədən hərəkətləri etdiyi, bərbər, masajçı və ya köməkçi kimi peşəkar xidmət təminatçılarını təsvir edən məzmundan ibarətdir. Bu videolar sürətli şəkildə sosial şəbəkələrdə yayılır.

ASMR videolarının insanlara təsiri ilə bağlı psixoloq Nizami Orucov Crossmedia.az-a açıqlama verib. Psixoloq qeyd edir ki, bu videolar insanlara "beyin orqazmı" yaşadır:

"ASMR insanların yemək yeyərkən, makyaj, söhbət edərkən xüsusi həssas mikrafonlardan istifadə etdiyi və səslərin detallı şəkildə eşidildiyi formatda çəkilən videolardır. Bu videoların səsi insanlarda xüsusi rahatlama hissini yaratdığı reallığı var. Həmin videolar insanlara “beyin orqazmı” yaşadır".

Psixoloq bilidirir ki , ASMR insan orqanizmində yüksək həssaslıq və həzz hissi oyadır:

"Cümlə ilə təsvir etsək, asmr videolarındaki səslər başın təpəsindən başlayaraq onurğa sütunu və bütün aşağı ətraflara qədər gedib çataraq bədəndə yüksək həssaslıq və həzz hissini oyadır. Bu isə bədəni rahatladır, aramlaşdırır. Bu səbəbdən də, bu zövq və hissi yenə yaşamaq üçün bu videolar nə qədər uzun olursa olsun insanlar bundan doymurlar. Sevə -sevə izləyirlər".

Zeynəb Mustafazadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il