İsrail Müdafiə Qüvvələrinin Texnologiya və Logistika İdarəsi zədələnmiş texnikaların və yaralı hərbçilərin bərpası ilə bağlı məlumatlar paylaşıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, tanklar, zirehli transportyorlar və digər zirehli texnikalar bir ildən çox aktiv döyüşdən sonra 88 faizi yenidən hazır vəziyyətdədir. RPG-lər (əksər hallarda 105 mm-lik Əl-Yasin mərmiləri) və ya yüksək güclü PUA-lar tərəfindən zədələnmiş tankların və zirehli personal daşıyıcılarının 90%-i təmir edilərək xidmətə qaytarılıb.
Ciddi zədələnmiş zirehli texnikanın təmiri orta hesabla 20 günə yaxın vaxt aparır. Ciddi zədələnmiş avtomobillər daha uzun bərpa və təmir prosesindən keçir.
Sadə təmir və texniki xidmət texnikaların Qəzza zolağından və ya Livandan çıxarılmasına ehtiyac olmadan birbaşa döyüş zonasında, irəli əməliyyat bazalarında (FOB) və ya logistika mərkəzlərində həyata keçirilir. Belə problemlərin 90%-i döyüş bölgəsində düzəldilir.