COP29

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günündə konfrans iştirakçıları "Pay up" ("Ödəmə vaxtıdır") şüarı altında aksiya keçiriblər. 

Crossmedia.az xəbər verir ki, iqlim aktivistlərinin keçirdiyi aksiyada "İqlim maliyyəsi üçün pul ver!", "İqlim maliyyəsi üçün milyardlar yox, trilyonlar!", "İtki və zərər fondunu doldur!", “İqlim dəyişikliyinin məsuliyyəti varlı ölkələrin üzərinə düşür!” və digər şüarlar səsləndirilib.

Bu, iqlim dəyişikliyinin nəticələri ilə mübarizə və həssas ölkələrə dəstək üçün inkişaf etmiş ölkələrə iqlim maliyyəsini artırmaqla bağlı çağırışdır.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il