19:37 21.04.2026
BDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub
46
Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev ölkənin media məkanında xüsusi çəkisi olan jurnalistlərlə silsilə görüşlərin artıq fakültənin ənənəsinə çevrildiyini bildirib. O, "APA Media Group"un Azərbaycanda onlarla jurnalist üçün məktəb olduğunu bildirib, onun rəhbəri Vüsalə Mahirqızının peşəkar jurnalist, redaktor, işəgötürən kimi iş prinsiplərini tələbələrin diqqətinə çatdırıb. Belə tədbirlərin gənc jurnalistlərin düzgün istiqamətləndirilməsində və peşəkar kadr kimi yetişməsində əvəzsiz rol oynadığını vurğulayıb: "Bugünkü görüşdə də illərin təcrübəsini dinləyəcəyik".