Ankarada Türk Dövlətləri Autizm Federasiyasının növbəti tədbiri keçirilib
1 sentyabr 2026-cı il tarixində Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Autizm Federasiyasının növbəti tədbiri keçirilib.
Tədbirdə Türk dövlətlərindən olan autizm sahəsində fəaliyyət göstərən təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər. Görüş zamanı autizm sahəsində mövcud vəziyyət, qarşıda duran vəzifələr, təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Tədbir çərçivəsində qarşıdakı dövrdə görüləcək işlər, birgə fəaliyyət istiqamətləri və əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı bir sıra qərarlar qəbul edilib. Türk Dövlətləri Autizm Federasiyası bundan sonra da türk dövlətlərində autizmli şəxslərin və onların ailələrinin sosial inteqrasiyasına, hüquqlarının müdafiəsinə və bu sahədə təcrübə mübadiləsinin inkişafına töhfə verməyi qarşıya məqsəd qoyur.
Azərbaycan nümayəndə heyətinin Ankarada keçirilən tədbirdə iştirakına Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstək gstərilmişdir.
12:03 02.09.2026
Oxunuş sayı: 66