Z nəsli əvvəlki nəsillə müqayisədə əsas bacarıqlarda geriləmə göstərir
Z nəsli (zumerlər) əvvəlki nəsillə müqayisədə bəzi əsas bacarıqlarda daha aşağı nəticələr göstərən ilk nəsil ola bilər.
Crossmedia.az xəbər verir ki, “Fortune” nəşri məlumat verir.
Araşdırmalara əsasən, milleniallar orta hesabla riyaziyyat, oxu, yazı və digər fundamental bacarıqlarda Z nəslindən daha yüksək göstəricilərə malikdir.
Tədqiqatçılar bu vəziyyəti qismən təhsil prosesində smartfon və noutbuklardan kütləvi istifadənin artması ilə əlaqələndirirlər.
Mütəxəssislərin fikrincə, texnologiyanın təhsili yaxşılaşdırmaq əvəzinə bəzi hallarda əks təsiri də ola bilər. Belə ki, Z nəslində diqqətin cəmlənməsi, konsentrasiya və məlumatı mənimsəmə qabiliyyəti ilə bağlı çətinliklərin artdığı bildirilir.
Araşdırmalar, həmçinin məktəbdə uzun ekran vaxtı ilə test nəticələrinin aşağı olması arasında əlaqə olduğunu göstərir.
02:30 16.08.2026
Oxunuş sayı: 42