Bu halda ƏDV-niz arta bilər
2026-cı ilin ilk 7 ayında istehlakçılara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb. Bu göstərici həm nağdsız ödənişlərin, həm də istehlakçıların “ƏDV geri al” mexanizmindən istifadəsinin artdığını göstərir. ƏDV geri qaytarılması əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə atılan düzgün və balanslı addımdır. Və bu il bu göstəricilərin artması bu istiqamətdə atılan addımların düzgünlüyünü göstərir.
İqtisadçı Xalid Kərimli Crossmedia.az-a açıqlamasında ƏDV-nin istehlakçılara geri qaytarılmasının sosial və iqtisadi baxımdan müsbət təsir göstərdiyini bildirib.
Onun sözlərinə görə, vətəndaşa geri qaytarılan vəsait onun yenidən xərcləmə imkanlarını artırır və bu baxımdan mexanizm istehlakçı üçün faydalıdır: “Müsbət qiymətləndirirəm, yəni pul vətəndaşa geri qayıdır və onun yenidən xərcləmək imkanları yaranır. Vətəndaşa sosial cəhətdən müsbət təsir göstərir. İstehlakçılara qaytarılan ƏDV məbləğinin gələcəkdə daha da artması mümkündür. Bunun isə əsasən vətəndaşların alış-veriş aktivliyindən və ödəniş formasından asılı olduğunu vurğulayıb".

X.Kərimlinin fikrincə, vətəndaşın daha çox alış-veriş etməsi ƏDV geri al mexanizmi çərçivəsində geri qaytarılan vəsaitin də artmasına imkan yaradır:
“Məbləğ daha da arta bilər, bu adi qaydadır da. Artması üçün birincisi vətəndaş daha çox xərcləməlidir, alış-veriş çox eləməlidir. Ödənişlərin nağdsız formada həyata keçirilməsi də geri qaytarılan ƏDV məbləğinin artmasına təsir edən əsas amillərdəndir. Vətəndaş alış-veriş zamanı kartdan istifadə etməli və əldə etdiyi qəbzi “ƏDV geri al” sistemi vasitəsilə oxutmalıdır. Bu halda nağdsız ödənişlər üzrə daha çox vəsaitin geri qaytarılması mümkündür. İkincisi də bunu kart vasitəsilə eləməlidir və həmin qəbzi də oxutmalıdır. O zaman nağdsız ödənişlərdə daha çox geri qayıdır. Beləliklə, vətəndaşların alış-veriş zamanı nağdsız ödənişlərə üstünlük verməsi və “ƏDV geri al” mexanizmindən aktiv istifadə etməsi geri qaytarılan vəsaitin həcminin artmasına şərait yarada bilər.
Zərnigar Hüseynli
18:30 10.08.2026
Oxunuş sayı: 43