Tramp ABŞ-də “Qırmızı qorxu”nu yenidən gündəmə gətirib
ABŞ Prezidenti Donald Tramp son çıxışlarında sol ideologiyaları ölkə üçün “ölümcül təhlükə” adlandıraraq kommunizmlə mübarizəni gücləndirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Haber Global" bu barədə məlumat yayıb.
Tramp iyulun 3-də Raşmor dağında çıxışı zamanı ABŞ-də “kommunist təhlükəsinin yenidən yüksəldiyini” iddia edib. O, kommunistləri məğlub edəcəklərini və ölkədən deportasiya edəcəklərini deyib. Ertəsi gün Vaşinqtonda çıxış edən Tramp sosializmi “xərçəng” adlandırıb.
ABŞ prezidentinin çıxışlarında sosialist siyasətçilər, miqrantlar, müharibə əleyhinə təşkilatlar və etiraz aksiyaları da eyni təhlükə çərçivəsində təqdim olunub. Kuba da Trampın açıqlamalarında tez-tez hədəfə çevrilib.
18:40 09.08.2026
Oxunuş sayı: 47