Rusiya: Ukrayna Qərbin alətinə çevrilib
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Qərb ölkələrinin Ukraynaya münasibətini sərt şəkildə tənqid edib.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, Miroşnik bildirib ki, Ukrayna bir sıra geosiyasi oyunçuların maraqları naminə hər şeyə icazə verilən ölkəyə çevrilib.
“Ukrayna bəzi qüvvələrin maraqları naminə istədiyini edə bilən bir ölkəyə çevrilib. Onlar hansısa dövlətlərin müəssisələrinə və ya başqa ölkələrlə əlaqəli obyektlərə zərbə vursalar belə, bunun nəticələri olmayacaq”, – deyə rusiyalı diplomat bildirib.
Onun sözlərinə görə, Qərb Ukraynanı maliyyə və hərbi baxımdan dəstəkləməklə eyni zamanda onun fəaliyyət istiqamətlərinə təsir göstərməyə çalışır.
Miroşnik iddia edib ki, Ukrayna Qərbin siyasətinin davamı kimi istifadə olunur və bu vəziyyəti qlobal eksperiment adlandırıb.
Ukrayna və Qərb ölkələri Rusiya rəsmisinin bu ittihamları ilə bağlı açıqlama verməyib.
12:45 09.08.2026
Oxunuş sayı: 53